AZ

ING Azərbaycanda inflyasiyanın kəskin azalacğını proqnozlaşdırır



Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 1,6 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 4,2 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə Missiya.Az şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il üçün açıqlanan yeni proqnoz aprel ayındakı gözləntilərə nisbətən 1,5 faiz bəndi azalıbgələn il üçün dəyişməyib.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 1,3 %, ikinci rübdə 0,1 %, üçüncü rübdə 1,3 %, dördüncü rübdə isə 2,6 % səviyyəsində gözlənilir.

2025-ci ilin birinci rübündə isə Azərbaycanda orta illik inflyasiya 3,5 %, ikinci rübdə 4,1 %, üçüncü rübdə isə 3,9 % nəzərdə tutulub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, aprel ayında ötən ilin eyni ayına nisbətən 100 %, aprel ayında əvvəlki aya nisbətən 99,9 % təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə %, 2029-cu ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,%, 2026-cı ildə 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.

Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin bu il Azərbaycanda inflyasiya ilə bağlı gözləntilələri isə 3,5 % səviyyəsindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
3
missiya.az

10Mənbələr