AZ

Von der Leyen: Putin bombardmanı dayandırarsa, sülh danışıqları mümkün olar

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı bombalamağı dayandırarsa, qısa müddətdə sülh danışıqları aparıla bilər. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Avropa Parlamenti seçkiləri ilə bağlı təbliğat aparmaq üçün Romaya gələn Von der Leyen burada Avropa Xalq Partiyası qrupunun tərkibində "Forza Italia" lideri, eyni zamanda baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani ilə birlikdə gənclərlə görüşüb. İtaliya mətbuatında yer alan xəbərlərə görə, Von der Leyen Rusiya-Ukrayna müharibəsi ilə bağlı dəyərləndirmə edib: “Putin bombardmanı dayandırarsa, növbəti gün sülh danışıqları başlaya bilər. Amma sülh prosesinə ukraynalılar rəhbərlik etməlidir. Bunu etmək onların hüququdur”, - deyə o qeyd edib. Aİ Komissiyasının sədri İkinci Dünya Müharibəsindən sonra sülh nizamı qurduqlarını və Rusiyanın buna meydan oxuduğunu bəyan edib. Bu arada fon der Leyen gənclərlə görüşmək üçün görüş yerinə gələndə 10 nəfərlik qrup tərəfindən “Utanın” və “Azad Fələstin” kimi şüarların müşayiəti ilə etiraz aksiyası ilə qarşılanıb. Ursula fon der Leyen də özəl televiziya kanalına verdiyi müsahibədə Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibənin qitələrdə təhlükəsizlik anlayışını dəyişdiyini, ortaq müdafiə mövzusunun genişləndiyini və növbəti uzunmüddətli Aİ-nin büdcədə müdafiə xərclərinin artırılması zərurəti nəzərə alınmalı olduğunu qeyd edib. Digər tərəfdən İtaliya mətbuatı da fon der Leyenin Romadakı təmasları zamanı İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşməməsinin diqqət çəkdiyini yazıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
1
bizimyol.info

2Mənbələr