AZ

Mədəniyyət paytaxtımız olan Şuşa 32 ildən sonra yenidən öz sakinlərinə qucaq açır.



2020-ci ilin 27 sentyabrında başalanan və cəmi 44 gün ərzində Azərbaycanın qələbəsi ilə başa çatan vətən müharibəsi , məhz rəşadətli ordumuzun qeyrət simvolumuz , mədəniyyət paytaxtımız olan Şuşaya üçrəngli bayrağımızı asması ilə Ermənistan ordusunu diz çökməyə , kapitulyasiyaya məcbur etdi. Bizə yuxu kimi gəlsə də, Şuşaya bir daha ayaq basmağı xəyallarımızda yaşasaq da bu hadisə bütün Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı . Artıq Azərbaycan vətəndaşında öz Ali Baş Komandanı İlham Əliyev cənablarına, rəşadətli Azərbaycan Ordusuna qarşı güclü bir güvən yaranıb. Əlbəttə ki, bu güvən , bu ümid illərlə yaşanırdı . Mən də bir məcburi köçkün kimi elə bu ümidlərlə yaşayaraq, torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdim. İndi arzularımızın həyata keçdiyi xoşbəxt günlərimizi yaşayırıq. Hər dəfə televizorda işğaldan azad olunan ərazilərimizə köç karvanlarının yola salınması barədə məlumatları eşidəndə , sevincimin həddi-hüdudu olmur.
Bəli artıq Şuşa sakinləri də öz doğma yurd-yuvalarına qədəm qoydular. Bir neçə gün öncə may ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Bu gün Şuşa yeni dirşəliş dövrünü yaşayır.Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir, şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bütün evlər gözəl memarlıq üslubunda-Şuşanın ənənəvi üslubunda inşa edilmişdir.
Şərait çox gözəldir və uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.
Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və gələn ilin sonuna qədər o da hazır olacaq. Şuşanın tarixi abidələrinin bərpası dərhal başlanılmışdır. 
Birinci, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Ondan sonra Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı həyata keçirilib. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Amma yenə o mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. 
Bu gün, eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq. Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur.
Xalqımız əmindir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti sayəsində musiqi beşiyimiz olan Şuşa qısa zaman kəsiyində öz gəzəlliyi və füsunkarlığı ilə hamını heyran qoyacaqdır. Möhtərəm Prezidentimizin dediyi kimi “Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.
Bəli , cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə digər işğaldan azad edilmiş ərazilərimiz kimi bu gün Şuşada da abadlıq, quruculuq işləri aparılır. Bu ərazilərə səfər edən Beynəlxalq qurumların nümayəndələri və xarici mediya əməkdaşları dağıdıcı, vandal ermənilərdən fərqli olaraq, Azərbaycanlıların qurub yaratmaq həvəsini, sülhsevər bir millət olmasını əyani şəkildə müşahidə edirlər.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
2
aia.az

10Mənbələr