AZ

Kim Çendən sınaq atışı: hədəfi belə vurdu

Silah fabriklərinə baxış keçirən Şimali Koreya lideri Kim Çen In snayper tüfəngi ilə tam hədəfə vurub.

Publika.az xəbər verir ki, Şimali Koreya lideri şənbə və bazar günləri ölkənin silah istehsal edən zavodlarına baxış keçirib. İstehsal proseslərinin modernləşdirilməsi ilə bağlı səlahiyyətli orqanlardan məlumat alan Kim Çen In inkişaf etmiş snayper tüfəngi ilə sınaq atışı edib.

O, ölkənin müdafiə sənayesi təşkilatlarına və Koreya Xalq Ordusuna sursat istehsalında bir olmaq və müharibə hazırlıqlarını sürətləndirmək göstərişi verib, həmçinin kritik avadanlıqların müasir və sürətli istehsalının vacibliyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
38
publika.az

10Mənbələr