AZ

Blinken Ukraynada səfərdədir

ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Olaylar xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Blinkenin əvvəlcədən "elan olunmamış" səfəri qatarla baş tutub.

Agentlik qeyd edib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.

"Reuters"in sitat gətirdiyi adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisinə görə, Blinken səfəri zamanı Kiyevin "müdafiəsini gücləndirmək" və "döyüş meydanında təşəbbüsü bərpa etmək" məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl "Politico" ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə Kiyevə səfər etməyi planlaşdırdığını bildirmişdi. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
17
olaylar.az

10Mənbələr