AZ

Braziliya Prezidenti güclü daşqın səbəbindən Çiliyə səfərini təxirə salıb

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Braziliyanın Riu-Grandi-du-Sul vilayətindəki daşqın vəziyyətini izləmək və yardımı əlaqələndirmək üçün Çiliyə rəsmi səfərini təxirə salıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Braziliyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Prezident Luis İnasiu Lula da Silvanın mayın 17-18-nə planlaşdırılan Çili səfəri Riu-Grandi-du-Sul vilayətindəki daşqının vəziyyətinə nəzarət etmək və zərərçəkmiş əhaliyə yardımın koordinasiyasına ehtiyac olduğu üçün təxirə salınıb", - deyə açıqlamada vurğulanır.

“O Globo” qəzetinin məlumatına görə, daşqınlar nəticəsində həlak olanların sayı artıq 147-yə çatıb. Ümumilikdə fəlakətdən 2,1 milyon insan zərər çəkib. Braziliya lideri daşqınları ətraf mühit sahəsində Braziliya tarixində ən böyük faciələrindən biri adlandırıb.

Seçilən
173
9
operativmm.az

10Mənbələr