AZ

Premyer Liqa: “Aston Villa” - “Liverpul” matçında 6 qol

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Aston Villa” və “Liverpul” komandaları üz-üzə gəliblər. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Beləliklə, 37 turdan sonra 86 xala malik “Arsenal” vahid liderdir. Bir oyun az keçirmiş “Mançester Siti” 85 xalla 2-cidir və potensial lider statusundadır. “Liverpul” 79 xal toplayıbsa, “Aston Villa”nın 68, “Tottenhem”in 63, “Nyukasl” və “Çelsi”nin 57, “Mançester Yunayted”in 54, “Vest Hem”in 52 xalı var.

İngiltərə, Premyer Liqa
37-ci tur
11 may

Fulhem – Mançester Siti 0:4
Qollar: Qvardiol, 13; 71. Foden, 59. X.Alvares, 90+6-pen.

Bornmut – Brentford 1:2
Qollar: Solanke, 89 – Mbeumo, 86. Vissa, 90+5.

Everton – Şeffild Yunayted 1:0
Qol: Dukure, 31.

Nyukasl – Brayton 1:1
Qollar: Lonqstaff, 45+5 – Veltman, 18.

Tottenhem – Börnli 2:1
Qollar: Porro, 32. Van den Ven, 82 – Larsen, 25.

Vest Hem – Luton Taun 3:1
Qollar: Uord-Prauz, 54. Souçek, 65. Erti, 76 – Lokonqa, 6.

Vulverhempton – Kristal Pelas 1:3
Qollar: Kunya, 66 – Olise, 26. Mateta, 28. Eze, 73.

Nottingem Forest – Çelsi 2:3
Qollar: Boli, 16. Hadson-Odoi, 74 – Mudrik, 8. Sterlinq, 80. N.Cekson, 82.

12 may

Mançester Yunayted – Arsenal 0:1
Qol: Trossard, 21.

13 may

Aston Villa – Liverpul 3:3
Qollar: Tilemans, 12. Duran, 84; 88 – E.Martines, 2-öz qapısına. Qakpo, 23. Kuansa, 48.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
2
arena.az

10Mənbələr