AZ

Almanın tumu da məlhəmdir

Tədqiqatçılar bildirirlər ki, alma insan orqanizmi üçün çox faydalıdır. Onun tərkibində hətta xərçəng hüceyrələrini məhv edə bilən vitaminlər var. Xüsusilə də, almanın tumu möcüzəvi təsirlərə malikdir. 

Elm adamlarının fikrincə, alma tumu kimya və radiasiya terapiyaları üçün dəstək olaraq is­tifadə edilə bilər. Ümumiyyətlə, meyvə tumları bədəndə zərərli maddələrin təsirinin qarşısını alır. Xərçəngin müalicəsində əhəmiyyətli təsiri ilə seçilən B17 vitamini ərik və şaftalı tumunda da var. Lakin alma daha əlçatandır. Sağlam bədənə sahib olmaq üçün almanı toxumları ilə birlikdə yemək olar. Erkən diaqnoz qoyulan hallarda hə­kimin tövsiyə etdiyi müalicə üsullarına əlavə ola­raq təzə meyvələr istehlak etməklə sağalmanı dəstəkləmək mümkündür.

Almanın tərkibindəki C vitamini immuniteti artırır. Müqaviməti gücləndirməyin və xəstəliklər­dən qorunmağın ən asan yolu gün ərzində, azı, 1 ədəd alma yeməkdir. Almanın tərkibindəki pek­tin lifi qanda pis xolesterolu azaldır.

Həkimlər almanın bağırsaq tənbəlliyinə yaxşı təsir etdiyini, xolesterin və karbohidratların sorul­masını tənzimlədiyini bildirirlər. Bədəndən iltihabı və toksinləri çıxarmaq üçün alma daha tez-tez qəbul edilməlidir.

Z.HÜSEYNLİ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
3
xalqqazeti.az

2Mənbələr