“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin nəvələri Arda Gülerin forması ilə görüntüləniblər.

Türkiyəli futbolçuya münasibəti ilə tez-tez gündəmdə olan italyan məşqçi gah Ardanı tərifləyib, gah da tənqid edib.

Ancaq ümumi rəy belədir ki, Ançelotti nə düşünsə də, Güler “Real Madrid” azarkeşləri arasında sevilir. Təkcə klub azarkeşləri deyil, Ançelottinin nəvələri də Arda Gülerin pərəstişkarıdırlar.

İtaliyalı məşqçinin ailəsi ilə çəkilmiş fotosu buna sübutdur. Şəkildə Karlonun nəvələri Arda Gülerin 24 nömrəli formasını geyiniblər.

Mənbə: Haber Global