AZ

Kremldə Paşinyanla Putin arasında nə baş verib?

Çox maraqlıdır, Kremldə nə baş verib ki, Nikol Paşinyan Vladimir Putindən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində qalmasını xahiş edib?

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, xüsusi təyinatlı sabiq səfir Edmon Manukyan deyib.

E.Manukyan rus sərhədçilərinin Ermənistandan çıxarılmasına diqqət çəkib:

"Rusiya və Ermənistan liderlərinin əldə etdiyi son razılaşmaya əsasən, rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşən mövqelərdən geri çəkildikləri bildirilir. Onların həmçinin Zvartnots hava limanından da çıxacağı açıqlanıb. 44 günlük müharibədən sonra rusların sərhəddə yerləşməsi Ermənistanın uğuru kimi təqdim edilirdi. Maraqlıdır ki, İrəvanın xahişi ilə rus sərhədçilərinin Türkiyə və İranla sərhəddə xidmətə davam edəcəyi qeyd olunur. Görəsən, Kremldə nə baş verib ki, Paşinyan belə bir şey istəyib?"

Keçmiş deputat İrəvan hökumətinin bir-birinə zidd siyasi addımlar atdığını deyib:

"Belə vəziyyətdə Avropa Birliyi rəsmiləri, Ceyk Sallivan, Ursula fon-der Leyen, Emmanuel Makron bizim haqqımızda nə düşünəcək? Bir tərəfdən AB-nin müşahidə missiyasının Azərbaycanla sərhəddə xidmət etməsini, digər tərəfdən isə rusların Türkiyə və İranla sərhədimizdə qalmasını istəyirik. Hələ parlamentin sədri Alen Simonyan da Ukraynada davam edən müharibədə tərəf tutaraq Rusiyanı işğalçı adlandırır. Lakin mənə maraqlı qalan hələ də İranla sərhədimizdə rusların qalmasının vurğulanması oldu. Ölkədə hərə bir şey deyir. Xalqa açıqlayırlar ki, biz Avropaya üz tuturuq, sonra deyirlər, Rusiya ərazimizdən çıxmayacaq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
4
milli.az

10Mənbələr