AZ

Xaçmazda da ağır qəza: yaralılar var - Foto

Mayın 13-ü axşam saatlarında Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, Xaçmaz-Quba yolunun Hacıəlibəy kəndi ərazisindən keçən hissəsində VAZ 2104 və “Şevrolet Kruz” markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
285
6
buta.tv

10Mənbələr