AZ

Çadın yeni prezidenti seçilib

Çadda keçirilən prezident seçkilərinin qalibinin keçid dövrü prezidenti Məhəmməd İdris Debi İtno olduğu açıqlanıb.

525.az xəbər verir ki, Milli Seçki Şurasının (ANGE) verdiyi açıqlamada keçid dövrü prezidenti Məhəmməd İdris Debi İtnonun səslərin 61,3 faizini toplayaraq Çadın yeni prezidenti olduğu bildirilib.

Açıqlamada digər namizədlər arasında Sakses Masranın 18,53 faiz səslə ikinci, Pahimi Padake Albertin isə 16,91 faiz səslə üçüncü olduğu vurğulanıb.

Qeyd edək ki, seçkidə iştirak nisbətinin 65 faiz olduğu bildirilib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
2
525.az

3Mənbələr