AZ

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Avropa İttifaqındakı ifrat sağçı partiyalar mənzillərin ucuzlaşması böhranından etirazlar və sosial gərginlik yaratmaq üçün istifadə edə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti BMT ekspertlərinə istinadən məlumat yayıb.

Onların fikrincə, “ifrat sağçı partiyalar investisiya çatışmazlığı və qeyri-adekvat hökumət planlaşdırması nəticəsində yaranan sosial boşluqlardan istifadə edə bildikdə inkişaf edirlər”. Nəşrin yazdığına görə, oxşar vəziyyət bir çox Aİ ölkələrində yaranıb və mənzil böhranı təkcə “aztəminatlı insanlar, miqrantlar və tək valideynli ailələr deyil, həm də orta sinfə” təsir edir.

The Guardian xatırladıb ki, son vaxtlar Lissabon, Amsterdam, Praqa, Milan və Londonda kirayə qiymətlərinin artmasına etiraz aksiyaları keçirilib. Qəzet Avropa Parlamentinə seçkilər ərəfəsində “əlverişsiz kirayə haqları” və yüksək əmlak qiymətlərinin “qitədə əsas siyasi döyüş meydanına çevrilmək riski” olduğunu qeyd edib.

Nəşr əlavə edib ki, Avropa Statistika Agentliyinin (Eurostat) məlumatına görə, 2010-2022-ci illər arasında Aİ-nin 27 ölkəsində mənzil qiymətləri 47%, kirayə qiymətləri isə 18% artıb. Bəzi Aİ ölkələrində ev təsərrüfatlarının beşdə biri xalis gəlirlərinin ən azı 40%-ni mənzil almağa xərcləyir. 

Nicat
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
valyuta.az

10Mənbələr