AZ

Artıq onlara ehtiyac olmayacaq: bu taksilər rekord qırdı

"Google"un nəzarətində olan "Waymo" şirkəti robot taksilərini aktiv şəkildə sınaqdan keçirməyə davam edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şirkət "X" hesabındakı paylaşımında üç şəhərdə hər həftə 50 mindən çox pullu taksi xidməti həyata keçirdiyini bildirib.

Lakin "Waymo" kimi startaplar ənənəvi taksilər üçün risk yaradır. Media yazır ki, "Waymo" robot taksiləri də qüsursuz deyil. Məsələn, bu taksi San-Fransiskoda avtomagistralda nəqliyyatın hərəkətini dayandırıb, arxa-arxaya pikap maşınına çırpılıb.

Buna görə də, şəhərlərin və yolların yenidən təşkili və hüquqi tənzimləmələr kimi müxtəlif başqa dəyişikliklərə də ehtiyac var. Qeyd olunur ki, yaxın gələcəkdə biz şəhərlərdə yalnız robot taksilər üçün ayrılmış zolaqları görməyə başlaya bilərik.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
5
milli.az

6Mənbələr