AZ

Bülent Ersoy vəsiyyətini açıqladı - “Qəbrimi hər gün...” -FOTO

Türk musiqisinin divası Bülent Ersoy vəsiyyətini açıqlayıb. 

Olaylar.az bakupost.az-a istinadən xəbər verir ki, son zamanlar Zeki Mürenlə bağlı açıqlamaları ilə gündəm olan Bülent Ersoy bu dəfə vəsiyyəti ilə diqqət çəkib. 

Sosial mediadan aktiv istifadə edən Ersoy Analar Günündə anasının məzarını paylaşaraq məktub yazıb. 

Anasının məzarını təmiz və baxımlı saxlamaqdan danışan Ersoy meneceri Haluk Şentürkə nə istədiyini izah edib. 

Ersoy, "Haluka dedim ki, qəbrim çox qəşəng və çox təmiz olmalıdır. Hər gün xlor və ağartıcı ilə yuyulub təmizlənsin. Çiçəklərim hər zaman təzə qoyulsun. Ən əsası, mənə dualar oxutdur. Ən gözəl səsi olan müəllimlərdən..." 

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
7
olaylar.az

7Mənbələr