AZ

“Futbolumuzun gələcək planları ilə bağlı uzun söhbətlərimiz oldu” – Qurban Qurbanov

“Futbolumuzun gələcək planları ilə bağlı uzun söhbətlərimiz oldu. Daha çox nələrə diqqət ayrılmalıdır, bu barədə müzakirələr getdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov deyib. O, daha sonra belə davam edib:

“Klubların hazırkı şəraiti, infrasturktur nəzərə alınaraq komanda sayının artırılmamasına qərar verildi. Hazırda Premyer Liqada elə komandalar çıxış edir ki, onların belə stadion problemləri var. Gələcək illərdə klubların sturkturlarının daha da yaxşılaşdırlması yönündə məsələləri müzakirə etdik. Görünən odur ki, gələcəkdə komandaların sturkturlarının yaxşılaşdırılması AFFA tərəfindən ediləcək. Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq. Yalnız bundan sonra çempionatda komanda sayı çoxala bilər. Hətta, iclasda Premyer Liqada komanda sayının Avropanın aparıcı çempionatlarında iştirak edən klubların sayı qədər artırıla biləcəyi mövzusundan danışıldı”.

Q.Qurbanov legioner limiti və I Liqadan Premyer Liqaya yüksələcək komanda məsələsinə də toxunub:

“Legioner limiti 7+4 olaraq qaldı, gələcəkdə 8+3 olaraq dəyişə bilər. I Liqada çempion olacaq komanda isə Premyer Liqa üçün hazır olmalıdır. Hər bir sənədi düz olarsa, lisenziya veriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
4
idmanxeber.az

10Mənbələr