AZ

Baş nazir Məhəmməd Caludla görüşüb

Tarix: 13 May 2024 18:30

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 13-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb. İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.
Azərbaycanda digər idman növləri ilə yanaşı, ağırlıqqaldırmanın da inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqətin yetirildiyi vurğulanıb.
Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
36
sonxeber.net

10Mənbələr