AZ

Son turun oyun cədvəli açıqlandı

Misli Premyer Liqasının 2023/2024 mövsümündə 36-cı turun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

PFL-dən verilən məlumata görə, Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Misli Premyer Liqasının 2023/24-cü illər mövsümünün mükafatlandırma mərasimi ilə bağlı 36-cı turun “Araz Naxçıvan” - “Qarabağ” oyunu “Azersun Arena”da  reallaşacaq.

25 may (şənbə)

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 19:00

“Neftçi” – “Sabah”
“Neftçi Arena”, 19:00

“Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

26 may (bazar)

“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 17:00

“Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”, 19:30

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
17

1Mənbələr

Şərh ()
Bağla