AZ

Türk aktyorlar Bakıda “Cadı”nın qala-gecəsinə qatılıb

"Dəniz Mall” TM-də yerləşən "CineMastercard” premium kinoteatrında "Cadı” türk trillerinin qala gecəsi keçirilib. 

Film məşhur türk yazıçısı Hüseyin Rahmi Gürpınarın eyniadlı əsəri əsasında çəkilib.

Tədbirdə filmin rejissoru Erman Bostan, operator Şafak Ildız və baş rolları canlandıran məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk iştirak ediblər.

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Filmin süjetinə gəlincə, Osmanlı imperatorluğu dağılan zaman gənc yaşında dul qalan Fikriyə zorla Naşit Nefi Əfəndi ilə evləndirilir. 

Həyat yoldaşının malikanəsinə köçən qadın tezliklə orada yaşayan cadugar haqda şayiələri eşidir. 

O həm Naşit Nefi Əfəndi, həm də malikanə ilə bağlı sirri aydınlaşdırmaq üçün hərəkətə keçir.

Furkan Andıç Azərbaycan tamaşaçısına "Kara tahta”, "Her yerde sen”, "Meryem” seriallarından yaxşı tanışdır. 

Buse Meral "Bizim hikaye”, "Destan”, "Baba” seriallarında, Çağdaş Onur Öztürk isə "Yuvamdaki düşman”, "Avlu”, "Ömer” və digər layihələrdə rol alıb.

Film "CineMastercard”ın kinoteatrlarında nümayiş olunur.

Ülviyyə

 






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
322
14
arqument.az

10Mənbələr