AZ

Hollivud ulduzu küçənin ortasında döyüldü, xəstəxanalıq oldu - FOTO

Hollivud ulduzu  Stiv Buşemi Nyu-Yorkda gəzərkən naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə nəticəsində amerikalı aktyor xəstəxanaya yerləşdirilib.

Bu barədə hüquq-mühafizə orqanlarında çalışan mənbələr məlumat yayıblar.

Bildirilib ki, aktyorun üzü və sol gözü şişib.

Hücum edən şəxs qaçıb və hələ də tutulmayıb.

Qeyd edək ki, “Fargo”, “Pulp Fiction”, “Spy Kids 2: Island of Lost Dreams”, “The Big Lebowski” və digər filmlərdəki rolları ilə tanınan Buşemi “Emmy” və “Qızıl Qlobus” mükafatları laureatıdır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
news365.az

2Mənbələr