AZ

İsrailin müdafiə naziri və ABŞ dövlət katibi Rəfahdakı vəziyyəti müzakirə ediblər

Mayın 12-dən 13-nə keçən gecə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Bizimyol.info xəbər verir ki, bu barədə yəhudi dövlətinin hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, israilli nazir Blinkenlə “Qəzza zolağında baş verənləri, o cümlədən İsrail ordusunun terror ciblərinə qarşı zolaq boyu əməliyyatları, həmçinin Rəfah bölgəsində HƏMAS-ın qalan batalyonlarına qarşı məqsədyönlü əməliyyatı” müzakirə edib. "Nazir Qalant İsrail Dövlətinin müharibənin məqsədlərinə - Həmas terrorçuları tərəfindən saxlanılan 132 girovun azad edilməsinə, eləcə də Qəzza zolağında hərbi və hökumət orqanı kimi HƏMAS-ın məhv edilməsinə nail olmaq üçün fəaliyyətə davam etməyə hazır olduğunu vurğulayıb", - deyə bəyanatda bildirilir. Söhbət zamanı Qalant Blinkenə “ABŞ administrasiyası tərəfindən İsrailin təhlükəsizliyinə göstərdiyi davamlı dəstəyə” görə təşəkkür edib”, - deyə Müdafiə Nazirliyi əlavə edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
50
bizimyol.info

10Mənbələr