AZ

Avropa Komissiyası BorreliTƏKZİB EDİR

Avropa Komissiyası Avropa İttifaqının Ukraynanın döyüş meydanında qələbə qazanmasını istəməsi ilə bağlı bəyanatları dezinformasiya hesab edir. Baxmayaraq ki, bu mövqeyi Aİ diplomatiyasının rəhbəri Josep Borrell ifadə edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, jurnalistlər Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Piter Stanoya bununla balı sual ünvanlayıblar.  Jurnalistlər ondan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına münasibət bildirməsini istəyiblər. Xatırladaq ki, Lavrov “Qərb münaqişəni döyüş meydanında həll etmək istəyirsə, bu, döyüş meydanında olacaq”- deyib.

Stano Lavrovun sözlərini “dezinformasiya və reallığın təhrifi” adlandırıb. Eyni zamanda, Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer jurnalistlərin oxşar sualını “yanlış” adlandırıb.

“Döyüş meydanında qələbə istəyən Rusiyadır. Bu barədə bizə sual vermək, üzr istəyirəm, daha əvvəl bu mövzuda dediklərimizə məhəl qoymamaq deməkdir”- deyə Mamer bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
12
ikisahil.az

10Mənbələr