AZ

30 ildən sonra nəşi tapılan şəhidlər Ağdamda torpağa tapşırılıb

Ağdam, 13 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məhərrəm Əzizovun və Hikmət Əliyevin meyitlərinin qalıqları Ağdam rayonunda dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, şəhidlərin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazından sonra şəhidlər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhlarına dualar oxunub.

Mülki şəhid Məhərrəm Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də - Ağdam şəhəri işğal olunan zaman itkin düşüb.

1974-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olan Hikmət Əliyev Birinci Qarabağ müharibəsində Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyulun 23-də döyüşlərdə itkin düşüb.

Hər iki şəhidin meyitlərinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisində kütləvi məzarlıqda aşkarlanıb.

Qeyd edək ki, şəhid Məhərrəm İsmayıl oğlu Əzizovla Bərdə rayonundakı evində də vida mərasimi keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
30
azertag.az

10Mənbələr