AZ

Dermatoloq Sevinc Kərimova “Kök hüceyrə və regenerativ təbabət” adlı beynəlxalq konqresdə iştirak edib

Mərkəzi Gömrük Hospitalının dermatoloqu Sevinc Kərimova Türkiyənin Kök Hüceyrə Məktəbi və Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Kök hüceyrə və regenerativ təbabət” beynəlxalq konqresində iştirak edib.

 

Bu barədə Aztibb.az-a a Gömrük Hospitalından xəbər verilib.

 

Bildirilib ki, konqresdə dünyaca məşhur xarici məruzəçilər və yerli mütəxəssislər təqdimatlarla çıxış edərək, kök hüceyrə və regenerativ tibb sahəsində ən son yeniliklərin və aktual mövzuların müzakirə ediblər.

 

Dermatologiya, ginekologiya, travmatologiya, nevrologiya, urologiya, oftalmologiya, Neyrocərrahiyyə ilə yanaşı plastik cərrahiyyə və kosmetologiyada toxuma bərpası, artroz, autizm, aseptik nevroz, serebral iflic, hüceyrə yenilənməsi kimi bir çox xəstəliklərdə kök hüceyrənin əhəmiyyəti haqqında plenar iclaslar iştirakşılar üçün faydalı olub.

 

Mütəxəssislər adı çəkilən sahələrdən başqa süni mayalanmada da kök hüceyrənin rolu ilə bağlı bilik və təcrübələrini bölüşüblər.

 

Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi və bu sahədəki təcrübəni əks etdirən videomateriallar da konqres iştirakşılarının müzakirəsinə təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
2
aztibb.az

4Mənbələr