AZ

Qərbdən Tiflisdə gərginliyi artıran səfər - Hökumətin etirazına məhəl qoymadılar

Gürcüstan müxalifəti avropalı tərəfdaşları ilə görüşməyə başlayıb. Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot, eləcə də Litva, Çexiya, Finlandiya və Polşa parlamentlərinin xarici siyasət komitələrinin rəhbərləri Tiflisdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə SOVA məlumat yayıb.

Görüşdə hakim “Gürcü Arzusu” Partiyasının təmsilçiləri iştirak etməyib. Parlamentin spikeri Şalva Papuaşvili bundan əvvəl demişdi ki, mayın 13-14-ü səfər üçün münasib vaxt deyil, çünki hakim partiya “Xarici agentlər haqqında” qanunu qəbul etməyə hazırlaşır və bu barədə aktual söhbət mümkün deyil.

Mayın 15-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Gürcüstan hökumətinin üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri olacaq.

Səfər “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə üçüncü oxunuşda dinlənilməsi ilə bağlı baş verənlər fonunda baş tutur, aprelin 15-dən Tiflis və digər şəhərlərdə qanun layihəsinə etiraz aksiyaları keçirilir.

“Gürcü Arzusu” mayın 14-də plenar iclas keçirməyi planlaşdırır. Müxalifətin iddiasına görə, hökumət “Xarici agentlər haqqında” qanunun Rusiya analoqunu qəbul etmək niyyətindədir. Bu gün parlamentin Hüquq Məsələləri Komitəsi sənədə üçüncü oxunuşda bir dəqiqə ərzində baxaraq müxalifət nümayəndələrinin iştirakı olmadan təsdiqlənib.

Qanun layihəsinə ABŞ və Avropa Birliyindən sərt reaksiya verilib. Avropa Parlamenti buna görə Gürcüstan rəsmilərinə sanksiyalara çağıran tövsiyə xarakterli sənəd qəbul edib. Rəsmi Tiflis isə Qərb qurumlarını Gürcüstanda hakimiyyət çevrilişinə cəhddə günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
10
teleqraf.com

10Mənbələr