AZ

Eldar Əzizovun başı MTK-larla dərddə

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Tikinti Kooperativləri tərəfindən məhkəməyə verilməsi halları durmadan artır. İyunun ilk ongünlüyündə icra hakimiyyətinin iki MTK ilə məhkəmə çəkişməsi var.

 

Tribunainfo.az xəbər verir ki, iki ayrı MTK Bakı ŞİH ilə bağlı məhkəmədə iddia qaldırıb. Onlardan biri “VMS-İnşaat” MTK-dır, digər isə “Yapı İnşaat” MTK. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə və inzibati orqanın aktları, hərəkətləri ilə əıaqədar mübahisədir.

 

“VMS-İnşaat” MTK ilə bağlı prosesə 10 iyun tarixində Bakı İnzibati Məhkəməsində hakim Bəhlul Cəlalovun sədrliyi ilə, “Yapı İnşaat” MTK ilə bağlı işə isə Bakı Apellyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq.

 

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Tarix: 13 May 2024, 15:42   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
13
pravda.az

10Mənbələr