AZ

“Meqa Sığorta” vakansiya - ELAN EDİR

“Meqa Sığorta” ASC  Tibbi sığorta departamentinə  yeni komanda üzvlərini dəvət edir.

Vakansiya: Həkim-ekspert 

Namizədlərə olan tələblər:

-          Təhsil: Ali Tibbi.

-          Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı,  intizamlılıq, dəqiqlik, məsuliyyət,  məqsədyönümlük.     

-          İş təcrübəsi: 3 il tibbi sığorta sahəsində, onlardan 1 il tibbi sığorta ekspertizası  sahəsində.

-          Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. Ingilis dili: yazmaq və danışmaq - B2 dərəcədə.  

-          Kompüter bacarıqları: Microsoft Office  Word və Excell – sərbəst istifadəçi.

Əsas vəzifə öhdəlikləri 

-          Tibbi sığorta üzrə tibbi-iqtisadi ekspertizanı həyata keçirmək.

-          Tibb müəssisələri tərəfindən yazılmış reyestrləri yoxlamaq və tibbi sığorta proqramı üzrə uyğunluğu müəyyən etmək.

-          Tibb müəssisələri və əczaxanalar tərəfindən hazırlanmış reyestrlərə görə ödəmə  aktlarını hazırlamaq.

-          Tibb müəssisələri ilə əlaqəli şəkildə işləmək.

-          Ödəmələrin həyata keçirilməsi üçün sığorta aktları və digər sənədlərini şöbə rəhbərliyinə təqdim etmək.

-          İşlənmiş məlumatları əməliyyat sisteminə yükləmək.

-          Sığorta ödənişlərinin uçotunu aparmaq. 

Əmək şəraitinin şərtləri:

-          Əmək haqqı: Əmək müqaviləsi ilə müəyyən olunur namizədin təcrübə və səriştəsinə uyğun.  

-          İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.  

-          Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   

-          Tibbi sığorta təminatı.

-          Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  

-          Meqa Sığorta  ASC-nin Təlim akademiyasında təlim almaq imkanı. 

Zəhmət olmasa mövzü bölməsində Həkim-ekspert qeyd etməklə CV-nizi  [email protected] e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğunluq gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
fed.az

2Mənbələr