AZ

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hikmət Zili oğlu Əliyevin meyitinin qalıqları Ağdam rayonuna gətirilib.

News365.az xəbər verir ki, “Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Ağdam rayonunun Ergi kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hikmət Zili oğlu Əliyev 1974-cü il yanvarın 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Sarıcalı kəndi ərazisində itkin düşüb.

H.Əliyev Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
10
news365.az

10Mənbələr