AZ

Prezident Xocalı məhkəməsinə sədr təyin etdi

Xocalı Rayon Məhkəməsinə hakim və sədr təyin edilib.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Qeyd edək ki, T.Ələkbərov dövlət başçısının Sərəncamı ilə 2021-ci ilin dekabrında Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
496
49
sabah.az

10Mənbələr