AZ

Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1.040,2 milyon manat təşkil edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1.040,2 milyon manat olub”, - paylaşımda qeyd olunur.

Azərbaycanın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
7
apa.az

10Mənbələr