AZ

ATƏT sədri Ermənistanda keçirilən etirazlarla bağlı şərh bildirməkdən çəkinib

İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq erməni jurnalistin təqdim etdiyi Qarabağ ermənilərinin məktubu ilə bağlı şərh bildirməkdən çəkinib.

"Operativ Media" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

"ATƏT oyunçular arasındakı prosesə müdaxilə edə bilməz. Biz hər iki ölkənin mövqeyinə hörmət edirik", - o deyib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Cənubi Qafqaza səfərinə bu gün İrəvanda başlayıb. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib. ATƏT sədri sabah Azərbaycana səfər edəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
operativmedia.az

2Mənbələr