AZ

İraq hasilatın azaldılması müddətini artırmayacaq

İraq OPEC+ razılaşması çərçivəsində hasilatın azaldılması müddətini artırmayacaq.

Fins.az xəbər verir ki, bunu İraqın neft naziri Hayyan Abdel Ghani jurnalistlərə bildirib. Onun sözlərinə görə, ölkəsi artıq neft hasilatını kifayət qədər azaldıb.

“Bloomberg”in məlumatına görə, rəsmi Bağdad OPEC+ toplantısında müddətin uzadılmasına qarşı çıxacaq: “Biz növbəti OPEC+ görüşündə hasilatın azaldılması müddətinin uzadılması ilə razılaşmayacağıq”. 

Qeyd edək ki, 2024-cü ilin birinci rübündən etibarən Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir neçə ölkə könüllü olaraq gündəlik neft hasilatını ümumilikdə 2,2 milyon barel azaldır. Əvvəlcə tədbirin yalnız birinci rüb ərzində qüvvədə olması nəzərdə tutulurdu, lakin martın əvvəlində alyans ölkələri onu ikinci rübə uzatdı.

Bundan əlavə, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra OPEC+ ölkələri könüllü olaraq 2023-cü ilin yazından 2024-cü ilin sonuna qədər neft hasilatını ümumilikdə 1,66 milyon barel azaldır.

OPEC+ nazirlərinin növbəti görüşünün iyunda keçirilməsi nəzərdə tutulur. Artıq Rusiya rəsmiləri hasilatın azaldılması müddətinin yenidən uzadılacağına eyham vurmağa başlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
4
fins.az

3Mənbələr