AZ

AQTA: Bir sıra qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə olunub

AQTA:

Bakı, 13 may, AZƏRTAC

Son illərdə ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı bu məhsulların geniş ixracı üçün də imkanlar yaradıb. Ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb və bəzi qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib.

O bildirib ki, ölkəmizdən Avropa İttifaqına akvakulturada yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin ixracına icazələr əldə edilib.

“Qazaxıstana atların ixracı bərpa olunub, Rusiyaya ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin Avropa İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına nail olunub. Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşması və istehsal olunan məhsulların təhlükəsizlik və kefiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olub. Bu istiqamətdə agentlik hər zaman sahibkarlara metodiki dəstək göstərir və qanunvericilik çərçivəsində səmərəli fəaliyyətin qurulması üçün tənzimləmə tədbirlərini həyata keçirir. Yeri gəlmişkən qeyd edim ki, sərgidə Qida Təhlükəsiszliyi Agentliyinin maraqlı və innovativ guşəsi də iştirakçılara təqdim olunacaq. Sərgi iştirakçıları qida təhlükəsizliyi ilə bağlı onları maraqlandıran bütün məsələləri yaxınlaşıb soruşa bilərlər”, - deyə şöbə müdiri vurğulayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
5
azertag.az

10Mənbələr