AZ

“BP” “Tesla”nın enerji doldurma stansiyalarını alır

Müəllif: Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın “BP” şirkəti “Tesla”nın ABŞ-da elektrikli avtomobillər üçün sürətli enerji doldurma stansiyalarını almaq barədə danışıqlar aparır.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın neft-qaz şirkəti  “BP” 2030-cu ilə qədər özünün enerji doldurma infrastrukturunun inkişafına 1 milyard dollar sərmayə qoymaq niyyətindədir. O cümlədən şirkət yaxın 2-3 il ərzində ABŞ-da 3 mindən çox sürətli enerji doldurma stansiyası quraşdırmaq üçün 500 milyon dollar xərcləməyi planlaşdırır.

"Biz şəbəkəmizi genişləndirmək üçün aktivlər əldə etməyə sadiqik və diqqətimiz “Tesla”nın son açıqlamasından sonra daha da gücləndi", - deyə “BP”nin bəyanatında deyilir.

Qeyd edək ki, “BP” üçün ən maraqlı ərazilər ABŞ-ın şimal-şərqi, həmçinin qərb sahili və Böyük Göllər bölgəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
2
banco.az

10Mənbələr