AZ

Bu şirkət əmək müqaviləsi olmadan işçi çalışdırmaqda ittiham olunur

"NERJ ALƏMİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. 

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

İş Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır. 

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
7
valyuta.az

10Mənbələr