AZ

“PASHA Bank Türkiye” Azərbaycanın fond bazarından $25 milyonluq vəsait cəlb edir

“PASHA Holding” MMC-nin Türkiyədəki törəmə bankı “PASHA Yatırım Bankası Anonim Şirketi” (PASHA Bank Türkiye) Azərbaycanın fond bazarından vəsait cəlb etməyi planlaşdırır.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, “PASHA Bank Türkiye” hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlar buraxacaq.

Beləliklə, bu paketin tam olaraq birjada yerləşdirilməsi alınarsa, ümumilikdə nominal dəyər 25 milyon dolları əhatə edəcək.

Emissiya prospekti və ya informasiya memorandumundakı sənəddə qeyd edilir ki, 18 ay üçün illik 6.19 faiz kupon ödənişləri vəd edilir.

Əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Sənəddə qeyd edilir ki, Türkiyədə 2023-cü ildə bank tənzimləmə orqanı – BDDK və hökumət tərəfindən bank sektorunun tənzimləməsi dəyişmişdir. “PASHA Bank Türkiye”yə təsir edən tənzimləmə dəyişiklikləri aşağıdakılardan ibarətdir: Ümumi ƏDV-nin səviyyəsi 18%-dən 20%-yə qaldırılmışdır. Bu yeni dərəcə “PASHA Bank Türkiye”nin iştirak etdiyi maliyyə icarəsi əməliyyatlarına da təsir etmişdir və müştərilər üçün yeni ƏDV dərəcəsi ilə ödənişlərin həyata keçirilməsi cədvəlləri müəyyən edilmişdir. ƏDV dərəcəsində bu dəyişmə bankın aldığı xidmət və malların qiymətlərinə də təsir etdiyindən qiymət artımı yaranmışdır.

MALİYYƏ HESABATI

Banklar üçün 2023-cü ildə hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 25%-dən 30%-ə qaldırılmışdır. “PASHA Bank Türkiye” də bank sektorundakı digər banklar kimi əldə etdiyi gəlirdən 2022-ci ildə daha çox vergi ödəyəcəkdir. Bütün bu mühüm dəyişikliklərə baxmayaraq “PASHA Bank Türkiye” 2023 ilini hədəflərindən daha yaxşı nəticə göstərərək yüksək mənfəət ilə bitirəcək.

Eyni zamanda Türkiyənin bütün bank sektoru da ili uğurla bitirmişdir. Türkiyə Banklar Birliyinə verilən hesabatların hələ audit olunmamış məlumatlarına görə: 2023-cü ilin dekabrında Türkiyə Bank Sektorunun aktiv həcmi 23.52 mlrd. lirə təşkil etmişdir. Sektorun aktiv həcmi 2022-ci illə müqayisədə 9.17 mlrd. lirə, yəni 65% artıb.

2023-cü ilin 6 dekabrında kreditlərin ümumi həcmi 54%, aktivlərin həcmi isə 67.4% artıb. Bu dövrdə kreditlərin könvertasiya əmsalı 1.60% təşkil etmişdir.

Bankların maliyyələşmə mənbələri arasında ən böyük mənbəyi depozitlər təşkil edir və 2022-ci ilin sonu ilə müqayisədə bu göstərici 67.6% artaraq 14.85 mlrd. lirə təşkil etmişdir. 2022-ci ilin sonuna görə kapitalı cəmi 50.9% artaraq 2.12 mlrd. lirə təşkil edərkən, 2023-cü ilin dekabrına sektorun dövr üçün xalis mənfəəti 603.63 milyon TL, kapital yetərliliyi əmsalı isə 18.85% təşkil etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
304
28
banker.az

10Mənbələr