AZ

Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI 

AzEdu.az Təhsil Portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə, eləcə də tələbə olmaq istəyənlərə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını təqdim edir. 

Məlumat üçün bildiririk ki, “Brend tələbə” lər ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir.

Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanan və meyarlara cavab verən 10 tələbə “Brend tələbə” hesab edilir.

MEYARLAR: 

1. Universitetin ictimai həyatında aktivlik keyfiyyətləri;

2.Universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları;

3.Universitetin nüfuzunu yüksəldəcək ideyalarla çıxış etməsi;

4. Milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması və beynəlxalq arenada dövlətini təmsil etməsi;

5. Nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf, ixtisası üzrə istehsalat göstəriciləri və analitik qabiliyyəti;

6. Beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik;

7. Liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi;

8. Xarici dil bilgisi, musiqi, idman bacarığı, dərsdənkənar aktiv məşğuliyyət və hobbilər;

9. Sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsi.

Beləliklə, 2022-2023-cü Tədris İlinin “Brend tələbə”lərinin siyahısını təqdim edirik.

“Brend tələbə”lər barədə universitetlər üzrə geniş məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: 

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Tibb Universiteti

Dövlət İdarəçilik Akademiyası

Bakı Ali Neft Məktəbi

Dövlət Gömrük Komitəsinin Akademiyası

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bakı Slavyan Universiteti

Bakı Mühəndislik Universiteti

Azərbaycan Dillər Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti

Xəzər Universiteti 

Azərbaycan İlahiyyat İnstitutu

Azərbaycan Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Qərbi Kaspi Universiteti

Bakı Avrasiya Universiteti

Azərbaycan Texnologiya Universiteti

Gəncə Dövlət Universiteti 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
3
yenisabah.az

5Mənbələr