AZ

Gürcüstan DİN mitinqin iştirakçılarına müraciət etdi

Bakı. Trend:

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə parlamentbinası qarşısında və ətraf küçələrdə keçirilən mitinqintəşkilatçılarına və iştirakçılarına müraciət edib.

Trend xəbər verir ki, nazirlik aksiyanın təşkilatçılarını vəiştirakçılarını qanunvericilik orqanının giriş-çıxışlarınıtəmizləməyə, deputatlara və aparat üzvlərinə parlamentə daxil olmaqvə öz vəzifələrini yerinə yetirməyə başlamaq imkanı yaratmağaçağırıb.

Bildirilib ki, əks halda, polis qanuni səlahiyyətləriçərçivəsində hərəkət edəcək və parlamentə girişlərin polisqüvvələri tərəfindən təmizlənməsini təmin edəcək.

Qeyd edək ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında”qanun layihəsinə etiraz edən insanlar mayın 12-dən növbəti mitinqtəşkil ediblər. Onlar mayın 13-də səhər saatlarında Hüquqməsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncüoxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveliprospektində parlamentə gediblər və orada gecələyiblər.

Bütün gecə boyu davam edən aksiyalar zamanı polis parlamentinbinası qarşısında 2 nəfəri saxlayıb. Parlamentin yaxınlığındakıÇiçinadze küçısində isə polis asayişi pozmağa çalışan aksiyaiştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.Aksiyaçılar polisə qarşı dəmir, şüşə və digər əşyalarla xəsarətyetirməyə cəhd ediblər.

Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirinşəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.Prezident Salome Zurabişvili, ölkə müxalifəti, ABŞ və Qərbdiplomatları onun əleyhinə çıxış edirlər. Onlar qanunun Avropaİttifaqına inteqrasiyata maneə olduğunu iddia edirlər.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləriisə bildirib ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianınxaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinəxidmət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
8
az.trend.az

8Mənbələr