AZ

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ - Ehtiyatlı olun!

"Kiber cəmiyyətdə yaşayırıq, ona görə də ehtiyatlı olmalıyıq".

Olaylar.az bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, reputasiya yaratmaq, pul qazanmaq üçün zəhmət dolu illər lazımdır.

"Ancaq onu məhv etmək, oğurlatmaq üçün bir neçə dəqiqəlik kiber insident kifayətdir", - E.Hacıyev əlavə edib.

Qurum rəsmisi bildirib ki, hansısa məhsulu yalnız tanınmış və təhlükəsiz internet saytlarından almaq lazımdır: 

"Vebsayta şəxsi məlumat daxil etməzdən əvvəl veb brauzerinizin ünvanını yoxlayın. Tanınmayan e-ticarət saytlarından uzaq durun və alış zamanı əlavə şəxsi məlumat tələb edən vebsaytlarla ehtiyatlı olun. Cinayətkarlar insanların hesablarına daxil olub pullarını talamaq üçün əllərində olan hər bir texnologiya alətindən istifadə edirlər".

E.Hacıyev həmçinin qeyd edib ki, vətəndaşlar şəxsi məlumatları, bank kartları barədə informasiyaları tanımadığı şəxslərə verməməlidir:

"Dəyərindən ucuz məhsullara görə onlayn pul ödəməyin, kriptovalyuta oyunlarına qoşulmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
olaylar.az

5Mənbələr