AZ

Hüquqşünas - VAKANSİYA

“Qafqaz Construction” MTK tikinti şirkəti tərəfindən  “Almond Park” layihəsi və digər layihələr komfortlu yaşayış binaları və kompleslər inşa edir. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Almond Park” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdən məmnun olarıq.

Fins.az xəbər verir ki, "Qafqaz Construction MTK" "Hüquqşünas" vakansiyası elan edir.

Vəzifələri:

  • Müqavilələrin hazırlanması

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi

  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması

  • Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması

  • Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi və s.

Tələblər:

  • Təhsil : Hüquq sahəsi üzrə ali təhsil, hüquqşünas

  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər

  • AR Mülkü məcəlləsini bilməli

  • Ofis proqramlarında işləmə bacarığı MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

  • Kollektivdə işləmə qabiliyyəti olmalı

  • Müqavilələrlə işləmə bacarığı

  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli

  • Məsuliyyətlilik;

  • Ünsiyyət qurmaq bacarığı; 

  • Azərbaycan dilini mükəmməl bilməli . Xarici dil bilməsi üstünlükdür (rus və ya ingilis)

  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;

  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;

  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi

İş şəraiti:

  • İş qrafiki: 1-5-ci günlər 

  • İş vaxtı: 09:00-dan 18:00-dək

  • Əmək haqqı: 1000-1100 azn

  • Əsas iş yeri: Bakı şəhəri, Xətai Plaza

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi e-mail ünvanına və ya +99451 270 22 82 nömrəsinə (Whatsapp vasitəsilə) göndərin.

Xahiş olunur tamilla.almondpark@outlook.com  e mail-na CV-nizi göndərdikdə müraciət etdiyiniz (Hüquqşünas) vakansiyanın adını qeyd edəsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
13
fins.az

8Mənbələr