AZ

Belqorodun atəşə tutulması nəticəsində 12 nəfər ölüb

Rusiyanın Belqorod şəhərinin Ukrayna silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yaşayış binası dağılıb.

Xezerxeber.az Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, şəhərin atəşə tutulması zamanı 20-dən çox insan yaralanıb. Onlardan beşi axşam saatlarında baş verən atışma nəticəsində xəsarət alıb.

Bildirilib ki, “Toçka-U” raketi ilə vurulan onmərtəbəli bina çökmə təhlükəsi ilə üz-üzədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
22
xezerxeber.az

10Mənbələr