AZ

Sunak deyir ki, qarşıdakı beş il Britaniya tarixinin ən təhlükəli illərindən olacaq

Qərb ölkələri avtoritar dövlətlərin artan təhdidləri ilə üz-üzədir, qarşıdakı beş il Böyük Britaniya tarixində ən təhlükəli illərdən olacaq.

Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın London “Policy Exchange” analitik mərkəzindəki çıxışının mətnində deyilir.

“Növbəti 5 ildə son 30 ildəkindən daha çox dəyişikliklər olacaq. Əminəm ki, növbəti bir neçə il ölkəmizin tarixində ən təhlükəli illərindən olacaq. İran, Çin, Şimali Koreya və Rusiya Federasiyasının daxil olduğu avtoritar dövlətlər qrupu Qərb ölkələrinə meydan oxuyur. Qarşıdakı bir neçə il ərzində həyatımızın demək olar ki, hər bir tərəfi – demokratiyadan iqtisadiyyata və cəmiyyətdən çətin müharibə və sülh məsələlərinə qədər – dəyişikliklərə məruz qalacaq”, – Sunak qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
50
banker.az

10Mənbələr