AZ

Premyer Liqanın 34-cü turuna yekun vurulub

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.

Fins.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Əvvəlcə mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən "Qəbələ" 4-cü yerdəki "Sabah"ı qəbul edib. Qonaqlar bu oyunda qələbə qazanmaqla 2-ci pilləyə yüksələ bilərdi. Matçın favoriti "Sabah" hesab olunsa da, "Qəbələ" 2:0 hesablı qələbə qazanıb. Bu, "Qəbələ"nin ardıcıl 2-ci qələbəsi olub. Kaxaber Sxadadzenin komandası ötən tur "Səbail"ə qalib gəlmişdi - 3:2.

Bu oyuna qədər 5-ci yerdə olan "Sumqayıt" isə avrokuboklara vəsiqə qazanmaq şansını itirən "Səbail"lə üz-üzə gəlib. Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 54-ə çatdıran Samir Abasovun komandası 2-ci pilləyə yüksəlib.

12 may (bazar)

19:30. “Sumqayıt” – “Səbail” - 2:1

Qollar: Kasimir Ninqa, 41-pen.(1:0), 45 (2:0), Aleksandr Ramalinqom, 90+4 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Qəbələ” – “Sabah” - 2:0 

Qollar: Əyyub Allaş, 33, Klesio Bauk, 45+2

Qırmızı vərəqə: Davit Volkov, 65 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

10 may

"Neftçi" – "Kəpəz" - 5:1 

11 may (şənbə)

“Zirə” – “Qarabağ” - 0:1

“Araz-Naxçıvan” – “Turan Tovuz” - 0:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 34 25 4 5 91-32 79
2 Sumqayıt 34 14 12 8 36-36 54
3 Neftçi 34 15 8 11 48-39 53
4 Zirə 34 14 10 10 31-22 52
5 Sabah 34 15 7 12 47-40 52
6 Turan Tovuz 34 12 9 13 49-49 45
7 Səbail 34 11 9 14 50-56 42
8 Kəpəz 34 9 8 17 39-65 35
9 Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10 Qəbələ 34 6 5 23 28-63 23

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 18 qol
Aleksandr Ramalinqom ("Səbail") - 14 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
3
fins.az

10Mənbələr