AZ

180 min manatlıq dələduzluq edən şəxsin yenidən məhkəməsi başladı

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası mayın 14-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyevə 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

 

Qeyd: Sərxan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.

 

Kamal Məmmədov

Tarix: 13 May 2024, 08:42   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
pravda.az

3Mənbələr