AZ

İran qazını Türkiyə vasitəsi ilə Şərqi Avropa ölkələrinə tranzit etmək mümkündür

İran qazını Türkiyə vasitəsi ilə Şərqi Avropa ölkələrinə tranzit etmək mümkündür.

Fins.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Aralıq dənizi və Şərqi Avropa ölkələri üzrə idarəsinin baş direktoru Mahmud Heydəri 23-cü Beynəlxalq Neft, Qaz, Emal və Neft-Kimya Sərgisində deyib. Onun sözlərinə görə, Türkiyə İrandan əlavə qaz almaqda maraqlıdır. Bundan əlavə də bu ölkənin qaz tranziti üzrə böyük imkanları var.

“Şərqi Avropa ölkələri əsasən qaz istehlakçılarıdır. İran da dünyanın neft və qaz rezervuarlarına sahib əsas ölkələrindən biridir və bu ölkələrin qaz təminatında yaxından iştirak edə bilər. Əlbəttə bu ölkələrin siyasi iradəsi ilə İran əleyhinə tətbiq olunan sanksiyalarla əlaqədar məsələlər aradan qaldırılmalıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, 8 mayda Tehranda 4 günlük 23-cü Beynəlxalq Neft, Qaz, Emal və Neft-Kimya sərgisi işə başlayıb. Sərgidə 1,7 min yerli şirkət və 250 əcnəbi şirkət iştirak edib.

Əlavə edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda 22 qaz yatağı aktivdir.

 

© trend

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
fins.az

10Mənbələr