AZ

Güclü zəlzələ Rusiyanın bu vilayətini SİLKƏLƏDİ

Baykal gölünün sularında 6 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi öz teleqram kanalında məlumat yayıb.

“Bu gün səhər yerli vaxtla saat 07:07-də ​​(Moskva vaxtı ilə 02:07) episentri Olxon vilayətinin Qremyaçinsk kəndindən 50 km aralıda olan Baykal gölündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6.0-ya çatıb”, - məlumatda deyilir.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsindən verilən məlumata görə, Ulan-Ude sakinləri zəlzələni 3-4 bal gücündə hiss ediblər. İrkutskda zəif, 3 bal qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
50
publika.az

10Mənbələr