AZ

Bədəni dəniz mövsümünə hazırlayan şorba - RESEPT

Yaya qədər artıq çəkidən xilas olmaq hazırda bir çox insanın hədəfidir. Yay yaxınlaşdıqca pəhriz saxlayanların sayı artır.

Day.Az medicina.az-a istinadən bildirir ki,  dietoloq Melike Aslıhan Kara bədəni yaya hazırlayan şorba reseptini bölüşüb. O, bu şorbanın maddələr mübadiləsini sürətləndirərək daha tez arıqlamağa kömək etdiyini bildirib.

Medicina.az dietoloqun reseptini təqdim edir:

Tərkibi:

2 ədəd qabaq, 1 baş soğan, 1 diş sarımsaq, 1 ədəd pomidor, 1 xörək qaşığı zeytun yağı, duz, qara istiot.

Hazırlanması:

Xırda doğranmış soğan, sarımsaq və qabağı zeytun yağı ilə bişirin. Onlar yumşaldıqda, rəndələnmiş pomidor əlavə edin. Pomidor bişdikdən sonra üzərinə 5 stəkan su əlavə edin. Su qaynayanda xırda doğranmış şüyüd, cəfəri, duz və istiot əlavə edib 2 dəqiqə sonra ocaqdan götürün.

Dietoloq bir həftə müddətində axşam yeməyi əvəzinə bu şorbanı yeməyi məsləhət görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
day.az

3Mənbələr