AZ

“Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazandılar

Mayın 12-də futbol üzrə Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Fənərbağça” turu itkisiz başa vurublar.

“Qalatasaray” səfərdə “Karagümrük”ü 3:2, “Fənərbağça” isə öz meydanında “Kayserispor”u 3:0 hesabları ilə məğlub ediblər.

Bu qələbələrdən sonra “Qalatasaray” 99 xalla turnir cədvəlinin lideridir. Ondan 6 xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə olan “Trabzonspor”un hesabında isə 61 xal var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
8
bakivaxti.az

10Mənbələr