AZ

"Bu gün "Sumqayıt"dan güclü idik" - Şahin Diniyev

style='margin-bottom:10px;'>

"Ulduzmağımıza baxmayaraq, meydanda komanda var idi. "Sumqayıt"ı təbrik edirəm. Amma bu gün "Səbail" daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundur. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədir. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq".

QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 34-cü turunda bu gün "Sumqayıt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfərdə 1:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:  "Stabilliyin çatmaması normaldır. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başa-baş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. "Sumqayıt"ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi".

Ş.Diniyev mövsümün əvvəlindəki kimi çıxış edə bilməmələrinin səbəbini də izah edib: "Yeni heyətin olması imkan vermədi. Nə qədər rotasiyalar etmişəm. İdealı tapmaq üçün zaman lazımdır. 8 ayda bunları etmək çox çətindir. Biz 6-lıq üçün oynayırdıq. Amma gələn il üç mövqeyi düzəldə bilsək, daha etibarlı oynayacağıq". 

Ş.Diniyev bu mövsüm hər 4 oyunda "Sumqayıt"a uduzmaqları ilə bağlı sualı da cavablandırıb: "Bu gün hansı komanda güclü idi? Düşünürəm ki, “Səbail” güclü idi. Biz avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydir. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Futbol faktı sevir. Düzdür, nəticələr ortadır".

Seçilən
113
5
teleqraf.com

10Mənbələr