AZ

İrina anası ilə uşaqlıq fotosunu paylaşdı - FOTO

Tarix: 12 May 2024 18:45

İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşdı. Supermodelin anası Olqaya ilə bənzəməsi diqqət çəkdi. İrina Şeyk haqqında maraqlı məlumatlar.
Bu gün dünya Beynəlxalq Analar Gününü qeyd edir. Bu münasibətlə ulduzlar təsirli şəkillər paylaşırlar. Milliyyətcə tatar olan rusiyalı model İrina Şeyk də istisna deyil. O, sosial şəbəkədə anası ilə arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

Bizim.Media xəbər verir ki, supermodelin anası Olqaya inanılmaz dərəcədə bənzəməsi heç kimin diqqətindən qaçmayıb.

Xatırladaq ki, İrina Şeyk Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. Onun anası rus, atası tatardır. Modelin Tatyana adlı böyük bacısı da var. Valeri Şeyxülislamov mədəndə işləyib. O, İrina cəmi 14 yaşında olarkən ağciyər xərçəngindən vəfat edib. Olqa musiqi müəllimi işləyib. 2005-ci ildə model ABŞ-a köçüb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
15
sonxeber.net

10Mənbələr